Sərxoş sərnişin qadın metro əməkdaşını relsin üstünə atdı
11 İyun 2012 Bazar Ertəsi 06:18
Tatyana yüngül xəsarət alsa da 1 dəqiqə sonra gələcək qatarın altında qalmaqdan xilas olub.
Rusiya Sankt Peterburq şəhərindəki “Spassk” metrostansiyasında dəhşətli hadisə baş verib. Ölkə mətbuatının yaydığı məlumata görə, platformada qadın metro əməkdaşı ilə mübahisə edən sərxoş onu relslərin üstünə itələyib. Qəfil zərbə ilə müvazinətini itirən Tatyana adlı metro əməkdaşı relslərin üstünə yıxılıb. Sərnişinlərdən birinin köməkliyi ilə yıxıldığı yerdən çıxarılan Tatyana yüngül xəsarət alsa da 1 dəqiqə sonra gələcək qatarın altında qalmaqdan xilas olub. Başqa bir metro əməkdaşı isə hadisədən sonra qaçmağa çalışan dələduz sərxoşu yaxalayaraq polis idarəsinə təhvil verib.
Tatyana polisə verdiyi ifadədə sərxoşun qatardan düşdükdən sonra sərnişinlərə sataşdığını, onları narahat etdiyini, özünün isə vəzifəsi səbəbilə ona xəbərdarlıq etdiyini deyib.