Sərxoş rus diplomatlar Hindistanda dava saldı
03 İyun 2010 Cümə Axşamı 01:20
Sərxoş rus diplomatlar Hindistanda dava saldı. Onları yerli əhalinin qəzəbindən polis əməkdaşları xilas edib.
Rusiyanın Hindistanın Mumbay şəhərindəki konsulluğunun iki sərxoş əməkdaşı məşhur restoranlarının birində zəna törədib, sonra isə hadisə yerindən qaçmağa cəhd göstərməklə yerli əhalinin hiddətinə səbəb olub. Onlar maşından düşdükdən sonra dava salıblar. Yerli əhalinin divanından rusiyalı diplomatları polis əməkdaşları xilas ediblər. Rusiya konsulluğunun rəsmiləri isə əməkdaşlarının hərəkətləri görə üzr istəyiblər və vurduqları avtomobilin sahibinə kompensasiya verməyə razılaşıblar.
İnsident ondan başlayıb ki, diplomatik nömrəli «Toyota Corolla” avtomobili Mumbaydakı “Not Just Jazz By the Bay” restoranının qarşısında “Honda Civic” avtomobili ilə toqquşub. Qəzadan sonra sərxoş rusiyalı diplomatlar hadisə yerindən uzaqlaşmağa çalışıblar. Lakin onların qarşısını hadisə yerinə toplaşan kütlə kəsib. Maşının qapılarını bağlayan diplomatlar “Biz sizin dilinizi bilmirik və getmək istəyirik” desələr də, kütlə onlardan avtomobildən düşməyi və məsələni dinc yolla həll etməyi tələb edib. Ruslar isə maşından enməkdən imtina edib və kütlə get-gedə hiddətlənməyə başlayıb. Diplomatların maşınının vurduğu avtomobilin sahibi də onlardan maşından enmələrini və məsələnin dərhal yoluna qoyulmasını istəyiblər. Onlar hiss ediblər ki, rus diplomatlar sərxoşdurlar.
Nəhayət, çıxış yolunun olmadığını görən diplomatlar maşından eniblər və qışqırmağa, ətrafdakıları hədələməyə başlayıblar. Onlar zərərçəkmişlərdən birini vurublar. Gərginliyi hadisə yerinə gələn yol polisi komissarı aradan qaldırıb. Diplomatlardan biri polis maşınına könüllü minsə də, digəri ətrafdakılarla dalaşmaqda davam edib və polis əməkdaşları onu maşina itələyə-itələyə mindirməli olublar.
Polis bölməsinə Rusiya konsulluğunun rəsmiləri gəliblər. Onlar sərxoş əməkdaşlarına görə üzr istəyiblər və yerli sakinin avtomobilinə dəymiş ziyanı ödəməyə söz veriblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: