Sərxoş pilotlar
10 Mart 2010 Çərşənbə 20:10
Ukrayna təyyarəsi havaya qalxa bilmədi
Ukraynanın “Donbass-aero” şirkətinə məxsus olan təyyarənin uçuşu pilotların sərxoş olması səbəbindən təxirə salınıb. Martın 9-da Simferopoldan Kiyevə uçmalı olan təyyarənin göyərtəsində isə adi sərnişinlərlə bərabər Ukrayna Ali Radasının deputatı və baş prokurorun müavini də olub. Elə bu səbədən də məsələ Ali Radaya qədər gəlib çıxıb.
Deputat Leonid Qraçın sözlərinə görə, hamılıqla sərxoş vəziyyətdə olan heyət üzvlərinin uçuşdan qabaq yoxlanılması zamanı onlarının hamısının 3-3,5 promill miqdarında spirtli içki qəbul etdikləri aydınlaşıb.
Krım Nəqliyyat Prokurorluğuna isə məsələnin araşdırılması və hüquqi qiymət verilməsi ilə bağlı müraciət göndərilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: