Sərxoş gələn sevgilisinin dilini dişləyərək qopardı
10 May 2010 Bazar Ertəsi 05:35
Dörd həftə sadəcə duru yeməklər qəbul etmək məcburiyyətində qalan Mark həm də ömürlük pəltək qaldı.
Almaniyada bir qadın əsəbləşdiyi sevgilisinin dilini dişləyərək qopardı. Məlumata görə, 27 yaşlı Mark Şmidt evə sərxoş gəldiyi üçün sevgilisi 35 yaşlı Tina Müller hirslənərək onu döydü. Daha sonra Tina üzr istədi və cütlük öpüşməyə başladı. Bu vaxt Tina Müller Markın dilinin böyük bir hissəsini dişləyərək qoparıb. Hiss etdiyi ağrıyla hadisə yerindən qaçan Mark daha sonra dilinin qopan hissəsini tapmaq üçün geri qayıtsa da onu tapa bilmədi. Açılan yaranı tikmək üçün isə həkimlər 2.5 saat vaxt sərf etdi.

Dörd həftə sadəcə duru yeməklər qəbul etmək məcburiyyətində qalan Mark həm də ömürlük pəltək qaldı.

Tina Müllerin əleyhinə təzminat tələbi ilə məhkəməyə müraciət edən Mark qadınlarla öpüşmək barədə düşünmək belə istəmədiyini deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar