Serqey Narışkin Rusiya Dövlət Dumasının sədri seçilib
21 Dekabr 2011 Çərşənbə 15:44
Rusiya Prezident Administrasiyasının sabiq rəhbəri Serqey Narışkin altıncı çağırış Dövlət Dumasının sədri seçilib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, deputatlar parlamentin aşağı palatasının bu gün keçirilən ilk iclasında onu bu vəzifəyə təsdiq ediblər. S. Narışkini yalnız “Edinaya Rossiya” (“Vahid Rusiya”) fraksiyası müdafiə edib. Parlamentin spikerinin seçilməsi üçün 238 səs çoxluğu yetərli olub.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının 450 üzvü var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar