Serqey Lavrov separatçılara səsləndi
01 May 2014 Cümə Axşamı 11:05
Rusiya XİN rəhbəri Serqey Lavrov Ukraynada girov götürülən ATƏT müşahidəçilərini azad etməyə çağırıb.
Rusiyanın xarici işlər naziri Serqey Lavrov Ukraynanın Slovyansk şəhərində Rusiya-yönümlü separatçılar tərəfindən girov götürülmüş ATƏT müşahidəçilərinin azad edilməsinə çağırıb. Peruya səfəri zamanı bu barədə danışan Lavrov, Kiyev rəhbərliyini də bu məsələdə hərəkətə keçməyə səsləyib.
"Biz müşahidəçilərin azad edilməsinə çağırırıq, lakin biz "xalq üsyanı"na görə qərar verə bilmərik. Bu insanlar daim Kiyevdən səslənən hədə-qorxu ilə üz-üzədir, Kiyev onlara qarşı ordu qüvvələrindən, zirehli texnikadan istifadə ediləcəyini bəyan edir, bunu ekstremistlərdən gələn təhlükə ilə əsaslandırır" - Rusiyanın xarici işlər naziri Serqey Lavrov belə deyib.
Lavrov həmçinin vurğulayıb ki, Rusiya Ukrayna rəhbərliyi ilə onların ölkənin digər regionlarındakı rəqibləri arasında dialoqun ATƏT bayrağı altında başladıla biləcəyinə inanır.
DOSTLARINLA PAYLAŞ: