Sernişin teyyaresi havada ikiye bölündü
06 Oktyabr 2013 Bazar 01:37
ABŞ vetendaşlarının olduğu kiçik teyyare Kolumbiyada qezaya uğradı, 4 nefer helak oldu.
Amerikadan Kolumbiya istiqamətində uçan və ABŞ və Panama vətəndaşlarını aparan kiçik sərnişin təyyarəsi Kolumbiya-Panama sərhəddində eniş edərkən qəfildən iki yerə bölünüb.

Qəza nəticəsində 4 sərnişin həlak olub, 2 nəfər də ağır vəziyyətdə Kolumbiyanın şimal-qərbindəki Antiokiya şəhər xəstəxanasına çatdırılıblar.

Bu barədə jurnalistlərə məlumat verən Antiokiya şəhər bələdiyyəsinin sədri Qabriyel Olivares bildirib ki, hadisəni görən yerli sakinlər dərhal yerli hökumətə məlumat veriblər.

İlkin versiyaya görə,pis hava şəraiti təyyarənin qəzaya uğramasına səbəb olub.

ABŞ-ın Kolumbiya səfirliyi hələlik öz vətəndaşlarının həlak olmasını xəbərini təsdiq etməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar