Serj Sarkisyanın mühafizəçisinə atəş açıldı
23 Noyabr 2012 Cümə 11:31
Ermənistanın dövlət başçısını qoruyanlara silah çəkilib
Özlərini hamının gözündə “Böyük və mədəni xalq” kimi göstərməyə çalışan ermənilər, yenə də əsl simalarını, necə quldur, xain olduqları ört-basdır edə bilmirlər. Belə ki, İrəvanın “Zvartnos” hava limanına gedən yolda Ermənistan prezidenti Serj Sarksiyanın təhlükəsizlik xidmətinin əməkdaşlarına naməlum şəxs atəş açıb.
Ermənistan dövlət mühafizə xidmətinin rəhbəri bu məlumatı təsdiqləyərək bildirib ki, hadisəni törədən şəxs artıq saxlanılıb, silahı isə müsadirə olunub. Onun sözlərinə görə, olay zamanı heç kim xəsarət almayıb: “Hadisə tam təsadüfən baş verib”.
Lakin bu yazının müəllifi qeyd edir ki, Ermənistan dövlət mühafizə xidmətinin rəhbəri hadisənin təsadüfi olduğunu deyir, amma bunu təsadüf kimi təsəvvür etmək çətindir. Ələxsus da, hansısa sakinin məhz prezidentin mühafizə xidmətinə atəş açması sizcə təsadüf ola bilərmi? Müəllif yazıda xatırladır ki, hələ 2010-cu ilin oktyabrında naməlum şəxs S. Sarkisyanın kortejinə butulka atmışdı.
DOSTLARINLA PAYLAŞ: