Serj Sarkisyan: “Yalnız sərhədlər açıq olacağı təqdirdə Türkiyəyə gedə bilərəm”
29 İyul 2009 Çərşənbə 10:30
Serj Sarkisyan: “Mən yalnız sərhədlər açıq olacağı təqdirdə Türkiyəyə gedəcəyəm”.
O bildirib ki, Türkiyə tərəfinin dəvətini yalnız əldə olunan razılaşmaların yerinə yetirilməsi şərti ilə qəbul edəcək: “Mən yalnız sərhədlərin açılması və ya Ermənistanın blokadasının götürülməsi ərəfəsində Türkiyəyə gedə bilərəm”. S. Sarkisyan Türkiyəyə cavab səfəri üçün xoş atmosfer yaradacaq konstruktiv addımlar gözlədiklərini söyləyib.
Xatırladaq ki, oktyabrın 14-də futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə milli komandası Ermənistanı qəbul edəcək. Bursa şəhərində keçiriləcək qarşılaşmaya S. Sarkisyan da dəvət edilib. İrəvandakı ilk matçı Türkiyə prezidenti Abdulla Gül erməni həmkarı ilə birlikdə tribunadan seyr etmişdi.
DOSTLARINLA PAYLAŞ: