Serj Sarkisyan Türkiyəyə şok dəvət göndərib
28 May 2014 Çərşənbə 13:38
Erməni lider Serj Sarkisyan türk həmkarını qondarma soyqırımın 100 illiyinə dəvət edib.
Ermənistan Türkiyəyə qeyri-adi dəvət gəlib. ANS PRESS-in məlumatına görə, ermənilər türkləri qondarma soyqırımın 100 illiyi münasibəti ilə keçiriləcək tədbirlərə dəvət edib.
Bunu Serj Sarkisyan qondarma soyqırımın anım tədbirlərinin təşkili hazırlıqları ilə məşğul olan komitənin iclasında deyib. Sarkisyan Türkiyənin bu ilin avqust ayında seçiləcək yeni prezidentinə dəvət göndərib.

"Türkiyə prezidentini "erməni soyqırımının" sübutları ilə üzləşmək üçün rəsmi sürətdə Ermənistana dəvət edirəm".

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qondarma soyqırımın bu ilki ildönümü ərəfəsində ilk dəfə olaraq ermənilərə başsağlığı verib. "20-ci əsrin başında həyatını itirən ermənilərin nəvələrinə başsağlığı veririk".



DOSTLARINLA PAYLAŞ:

oyunlar