Serj Sarkisyan Türkiyəyə gedəcək
12 Oktyabr 2009 Bazar Ertəsi 13:10
Ermənistan prezidenti Serj Sarkisyan oktyabrın 14-də Bursa şəhərində oynanacaq Türkiyə-Ermənistan milli futbol komandalarının qarşılaşmasını izləmək üçün Türkiyəyə gedəcək.
APA-nın “CNN Türk” və “Habertürk” telekanallarına istinadən verdiyi məlumata görə, S. Sarkisyan Türkiyə prezidentindən dəvət aldığını və bu dəvəti rədd etmək üçün bir səbəb olmadığını deyib. Xarici işlər naziri Edvard Nalbandyan da S. Sarkisyanın bu mövzuda daha əvvəl verdiyi bəyanatı xatırladıb: “Bizim prezident demişdi ki, Türkiyəyə o halda gedəcək ki, sərhədlər ya açılsın, ya da açılmaq ərəfəsində olsun. Mən sərhədlərin bu il açılacağını istisna etmirəm”.APA
DOSTLARINLA PAYLAŞ: