Serj Sarkisyan Təhlükəsizlik Şurasının iclasını çağırıb
17 İyul 2010 Şənbə 20:30
Serj Sarkisyan Təhlükəsizlik Şurasının iclasını çağırıb. Toplantıda Ermənistanın seysmik təhlükəsizlik konsepsiyası təsdiq edilib.
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Təhlükəsizlik Şurasının iclasını keçirib. Ermənistan prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, toplantıda ölkənin seysmik təhlükəsizlik konsepsiyası müzakirə və təsdiq edilib.
Ermənistan dövlət başçısı S.Sarkisyan həmçinin şura üzvlərini ölkənin xarici siyasətlə bağlı son yeniliklərinə dair məlumat verib. anspress
DOSTLARINLA PAYLAŞ: