Serj Sarkisyan R.T. Ərdoğanla görüşməyəcək
16 Sentyabr 2009 Çərşənbə 05:00
Samfel Farmanyan: “Ermənistan prezidentinin iş təqvimində Rəcəb Tayyip Ərdoğanla görüş yoxdur”
Rəsmi İrəvan sentyabrın 21-də ABŞ-da Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla görüşəcəyi barədə məlumatları təkzib edib. Qeyd edək ki, Türkiyə mətbuatında Ermənistanla münasibətğlərin bərpasına yönəlmiş siyasi dialoq çərçivəsində belə bir görüşün keçiriləcəyi barədə xəbərlər yayılıb. Ermənistan prezidentinin mətbuat katibi Samvel Farmanyan deyib ki, ölkələr arasında siyasi dialoq və münasibətlərin nizamlanması səyləri Türkiyə və Ermənistan rəsmilərinin müxtəlif səviyyəli görüşlərini nəzərdə tutur. Lakin Ermənistan prezidentinin iş təqvimində Rəcəb Tayyip Ərdoğanla görüş yoxdur.
Serx Sarkisyan sentyabrın 21-də İrəvanda olacaq və Ermənistanın müstəqillik günü ilə bağlı ənənəvi rəsmi qəbulda iştirak edəcək. Sentyabrın 17-də isə Ermənistan prezidentinin siyasi partiyalarla Türkiyə-Ermənistan əlaqələrinin bərpası prosesini müzakirə edəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: