Serj Sarkisyan Moskvaya işgüzar səfər edəcək
14 Yanvar 2010 Cümə Axşamı 18:10
Səfər yanvarın 18-nə planlaşdırılıb
Ermənistan prezidenti Serj Sarkisyan həyat yoldaşı Rita Sarkisyanla birgə yanvarın 18-də Moskvaya işgüzar səfər edəcək.
Səfər Rusiya prezidentinin dəvəti əsasında baş tutacaq.
Hər iki dövlət başçısı ən yüksək səviyyədə siyasi dialoqu davam etdirəcək, müxtəlif təbəqələrdə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparacaqlar. Görüşdə həmçinin regional problemlər də müzakirə olunacaq.
Ermənistan prezidentinin mətbuat katibi, Moskavaya səfər çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında üçtərəfli görüşün keçirilməsinin müzakirə olunacağını istisna etməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: