Serj Sarkisyan kriminal seriallara qadağa qoydu
25 Dekabr 2009 Cümə 11:50
Serj Sarkisyan kriminal seriallara qadağa qoydu. Gələn ildən erməni telekanalları kriminal serialları nümayiş etdirməyəcəklər.
Ermənistan prezidenti Serj Sarkisyan ölkədəki televiziyaların keyfiyyətindən narazıdır. Onu əsasən də televiziyalarda verilən kriminal seriallar narahat edir. Ermənistanda dərc edilən “Qraparak” qəzetinin yazdığına görə, Ermənistan prezidenti yerli telekanalların rəhbərlərini çağıraraq onları kəskin tənqid edib. O, televiziya verilişlərinin səviyyəsindən narazı olduğunu bildirib və qeyd edib ki, incə zövq formalaşdırmaq əvəzinə telekanallar reytinq uğrunda zövqsüz verilişlərə əl atırlar. Dövlət başçısı bərk əsəbləşərək telakanallara gələn ildən kriminal serialları nümayiş etdirməyi qadağan edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar