Serj Sarkisyan kiçik qızını ərə verir
31 Oktyabr 2009 Şənbə 14:20
Serj Sarkisyan kiçik qızını ərə verir. Toy mərasimi bu gün "Ocaq" restoranında olacaq.
Ermənistan prezidenti Serj Sarkisyan kişik qızını ərə verir. Bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb. Xoşbəxt yeznə isə Ermənistan Konstitusiya məhkəməsinin sədri Qaqik Arutyunyanın həyat yoldaşının qardaşı oğludur.
Qəzetin yazdığına görə, nigah mərasimi bu gün Surb Qayane kilsəsində keçiriləcək. Təntənəli toy mərasimi isə “Ocaq” restoranında saat 18:00-da başlayacaq. Toyda oliqarxlar, məmurlar və xaricdən qonaqlar iştak edəcək.
Qəzetin yazdığına görə, bütün dəvətlilər hədiyyə seçməklə məşğuldur. Çünki qonaqları hədiyyələri qəbul edənlər qarşılayacaqlar və kimin nə gətidiriyini yazacaqlar. Bu, daha sonra nəzərə alınacaq. Hədiyyə kimi əsasən bahalı qızıl zinət əşyalarının gətiriləcəyi gözlənilir. Amma bəziləri fantaziyalarını işə
salıb. Məsələn, Mərkəzi Bankın sədri 5 min dollarlıq gümüş fincan hədiyyə edəcək.
Serj Sarkisyanın kişik qızı Satenikin 22 yaşı var. O, İrəvan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar