Serj Sarkisyan geriyə addım atıb
25 İyul 2014 Cümə 11:16
Serj Sarkisyan sərhədə yaşayanların silahlandırılması təklifini rədd edib.
Ermənistan prezidenti Serj Sarkisyan İctimai şuranın üzvləri ilə görüşü zamanı ölkənin təhlükəsizliyi məsələsini müzakirə edib.

ANS PRESS-in məlumatına görə, iclasda Ermənistan-Azərbaycan sərhədində yaşayan əhalinin silahlandırılmasına dair müzakirələr aparılıb.

Serj Sarkisyan sərhəddə yaşayan sakinlərin silahlandırılması ilə bağlı verilən təklifi rədd edib. O, bildirib ki, hazırda əhaliyə silah paylanmasına ehtiyac yoxdur.

Qeyd edək ki, iyunun əvvəllərində 3 azərbaycanlı – Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Kəlbəcərə getdikdən sonra ermənilər təşvişə düşüb.

Belə ki, ölkənin müdafiə naziri Seyran Ohanyan bəyan etmişdi ki, Kəlbəcərə gedən bütün yollar minalanacaq. Daha sonra nazir qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində mühəndis-texniki qurğularının sayı artırılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar