Serj Sarkisyan əsgər anaları ilə barmaqlıqlar arxasından danışdı
28 Yanvar 2011 Cümə 04:30
Serj Sarkisyan aksiya iştirakçılarının qarşısına çıxmağa cəsarət etməyib.
Ermənistan prezidenti sadə xalqa yaxınlaşmaq qərarına gəlsə də, əsgər anaları ilə dəmir barmaqlıqlar arxasından danışıb. Ermənistan ordusunda qulluq zamanı ölən əsgərlərin valideynləri ötən gün ölkə prezidentinin iqamətgahı qarşısında aksiya keçiriblər. Seçkilərin o qədər də uzaqda olmadığını anlayan Serj Sarkisyan isə onlarla görüşmək qərarına gəlib. Amma o, aksiya iştirakçılarının qarşısına çıxmağa cəsarət etməyib. Baxmayaraq, onların əksəriyyəti qadınlar olub, üstəlik polis mühasirəsindəymişlər.

Serj Sarkisyan onlara söz verib ki, ordudakı problemlər araşdırılacaq və günahkarlar cəzasını alacaq: “Mən özüm hərbi qulluqçuların ölümünün səbəblərinin üzə çıxmasında maraqlıyam. Hər bir belə hal bizim üçün böyük itkidir”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar