Serj Sarkisyan Ərdoğana cavab verdi
10 Dekabr 2009 Cümə Axşamı 15:15
"Türkiyənin Dağlıq Qarabağ münaqişəsini Ermənistan-Türkiyə münasibətləri ilə bağlamaq cəhdləri müvəffəqiyyətsizliyə məhkumdur"
"Türkiyənin Dağlıq Qarabağ münaqişəsini Ermənistan-Türkiyə münasibətləri ilə bağlamaq cəhdləri bu başdan müvəffəqiyyətsizliyə məhkumdur".
Bunu Ermənistan prezidenti Serj Sarkisyan bu gün İrəvanda Latviya prezidenti Valdes Zatlerslə birgə mətbuat konfransında bildirib.

“Ermənistan beynəlxalq öhdəlikləri yerinə yetirərək imzalanmış protokolları ratifikasiya etməyə hazırdır. Biz eyni şeyi Türkiyədən də gözləyirik, amma əgər Türkiyə protokolların ratifikasiyasını uzadarsa, onda Ermənistan dərhal beynəlxalq hüquqdan irəli gələn imkanlardan istifadə edəcək”, deyə Sarkisyan bildirib.

Sarkisyan qeyd edib ki, o, artıq Ermənistanın müvafiq dövlət orqanlarına beynəlxalq müqavilələrin ratifikasiyasının, imzalanmasının etibarsız elan eidlməsi ilə bağlı qanunvericiyilə dəyişikliklərin hazırlanması ilə bağlı tapşırıq verib.

“Bəyan edirəm ki, proses nə qədər çox davam edərsə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında maneə yaranacaq”, deyə Ermənistan prezidenti bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar