Serj Sarkisyan emeliyyat olunub?
27 Avqust 2013 Çərşənbə Axşamı 13:03
Ermenistan prezidenti Serj Sarkisyan bağırsağından problem yaşayır.
Ermənistan prezidenti Serj Sarkisyan bir neçə həftə öncə əməliyyat edilib. ANS PRESS-in məlumatına görə, bu barədə "Aykakan Jamanak" qəzeti məlumat verib. Qəzetin yazdığına görə, onun bağırsaqlarında problem olub. Məlumata görə, o, tez-tez xəstəxanada müayinəyə gedir.
Prezidentin mətbuat xidməti Arman Saqatelyan bu məlumatı nə təsdiq, nədə təkzib edib və bu barədə məlumatsız olduğunu deyib.
Mətbuatda yer alan məlumata görə, Sarkisyan əməliyyat,reablitasiya zamanı sosial şəbəkələrdə Serj Sarkisyanın hara yoxa çıxdığı müzakirə edilib. Onun yoxluğu hətta rəsmi saytında da hiss edilib.
Belə ki, avqustun 3-4-də İrana səfərindən sonra onun iş qrafiqi haqqında avqustun 13-nə kimi heç bir məlumat olmayıb.
DOSTLARINLA PAYLAŞ: