Serj Sarkisyan deputat mandatından imtina etdi
24 May 2012 Cümə Axşamı 17:00
Bununla bağlı Ermənistan Mərkəzi Seçki Komitəsinə müraciət daxil olub.
Ermənistanın Mərkəzi Seçki Komitəsinə bu gün ərzində hakim Respublikaçı partiyasından deputatlığa proporsional qaydada seçilən 67 şəxsin öz mandatından imtina etməsi ilə bağlı müraciət daxil olub. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə məlumatı Mərkəzi Seçki Komitəsinin mətbuat katibi Ermin Arutyunyan verib. Deputat matdatından imtina edənlərin siyahısında Ermənisatan prezideni Serj Sarkisyan, baş nazir Tiqran Sarkisyan və İrəvan meri Taron Markaryan da var.
DOSTLARINLA PAYLAŞ: