Serj Sarkisyan bu gün Türkmənistana gedəcək
24 Noyabr 2010 Çərşənbə 00:25
Səfər çərçivəsində Ermənistan və Türkmənistan arasında sənədlər imzalanacaq
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Türkmənistana ikigünlük səfərə gedəcək. Bu barədə məlumatı Ermənistanın dövlət başçısının mətbuat xidməti yayıb.
Səfər çərçivəsində Serj Sarkisyan türkmənistanlı həmkarı Qurbanqulu Berdımuhamedov və Məclis sədri Ağca Nurberdıyeva ilə görüşəcək. Ermənistan və Türkmənistan prezidentlərinin danışıqlarından sonra sənədlərin imzalanması mərasimi olacaq.
DOSTLARINLA PAYLAŞ: