Serj Sarkisyan Azərbaycanın işğal altındakı ərazilərində olub
04 Yanvar 2012 Çərşənbə 01:39
Serj Sarkisyan Ermənistan ordusunun Ağdərədəki hərbi hissələrini gəzib.
Ermənistan prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Azərbaycanın işğal olunmuş ərazilərini gəziblər. ANS PRESS-in Ermənistan prezidentinin saytına istinadən verdiyi məlumata görə, Serj Sarkisyan və Bako Saakyan Ermənistan ordusunun Ağdərədəki hərbi hissələrində olublar.