Serj Sarkisyan Afinaya Türkiyənin qeybətini etməyə gedir
18 Yanvar 2011 Çərşənbə Axşamı 02:15
Bu gün Ermənistan prezidentinin Yunanıstana səfəri başlayır.
Bu gün Ermənistan prezidenti Serj Sarkisyanın Yunanıstana rəsmi səfəri başlayır. Məlumatı Yunanıstan hökumətinin mətbuat xidməti yayıb.

Yanvarın 20-dək davam edəcək səfər çərçivəsində Serj Sarkisyanın Yunanıstan prezidenti Karolos Papulyas və baş nazir Yorqos Papandreu ilə görüşləri planlaşdırılır. Ermənistan prezidentinin Ellada pravoslav kilsəsinin arxiyepiskopu İeronim və erməni diasporunun nümayəndələri ilə cörüşləri də planlaşdırılır.

Danışıqların mövzusu əvvəlcədən elan edilməyib. Lakin ikitərəfli əlaqələrlə yanaşı hər iki ölkənin Türkiyə ilə yaxşı olmayan əlaqələri də müzakirə ediləcək. Serj Sarkisyan bu məsələyə Kiprin yunan tərəfinə ötən gün etdiyi səfər zamanı Kipr yunanlarının lideri Dmitris Xristofiasla görüşdə də toxunmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar