Serj Sarkisyan: “Abdullah Güllə Qarabağdan danışmadıq”
15 Oktyabr 2009 Cümə Axşamı 03:40
Serj Sarkisyan: “Abdullah Güllə Qarabağdan danışmadıq”. “Bizim Türkiyə-Ermənistan əlaqələri kimi daha vacib mövzularımız var”.
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin Bursa şəhərini tərk edib. Türkiyə mətbuatının məlumatına görə, Türkiyə və Ermənistan millilərinin qarşılaşmasından sonra Ermənistan prezidentinin şərəfinə rəsmi qəbul olub. Qəbulda prezidentlər Abdullah Gül və Serj Sarkisyan bəzi jurnalistlərlə söhbət ediblər.
Abdullah Gül bildirib ki, Türkiyə-Ermənistan münasibətlərində son iki ildə böyük məsafət qət edilib, prosesin dönməzliyi üçün birlikdə səylə göstərilir. Türkiyə prezidenti bölgədəki problemlərlə bağlı deyib ki, Cənubi Qafqaza bir bütün olaraq baxılmalı və iş birliyinə önəm verilməlidir. Abdullah Gül Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə ümumi cümlə ilə kifayətlənib. O deyib ki, məsələ ən üst səviyyələrdə müzakirə olunur. Türkiyə prezidentinin sözlərinə görə, bir il əvvəl vəziyyət belə deyildi və donmuş münaqişənin dünyanın gündəmində bu qədər yer alması çox vacibdir. Abdullah Gül bildirib ki, Rusiya və Fransa da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində üzərlərinə düşəni edirlər.
Ermənistan prezidenti Serj Sarkisyan isə Türkiyəyə gəlişi ilə bağlı təzyiq hiss edib-etməməsi barədə suala “Bütün mövqeləri nəzərə alsaqsaq da, işimizi özümüz görürük”-deyə cavab verib. O deyib ki, Türkiyə prezidenti ilə Dağlıq Qarabağ məsələsini müzakirə etməyib: “Bizim daha vacib mövzularımız var. Məsələn, Türkiyə-Ermənistan əlaqələri”.
Qeyd edək ki, Ermənistan prezidenti bu gecə İrəvana qayıdacaq.ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar