Şəriət normalarına uyğun bina tikilir
07 May 2014 Çərşənbə 12:30
İslam şəriətinə uyğunlaşdırılaraq tikilən binada ayrılıqda qadın və kişi hovuzları və idman zalları inşa ediləcək.
Dubayda şəriətin normalarına uyğun çoxmərtəbəli bina tikilir.

ANS PRESS-in məlumatına görə, tikinti aparan şirkətin nümayəndəsinin sözlərinə görə, binada mehmanxana tipli mənzilləriylə yaşayış binası məzillərinin inşası da nəzərdə tutulub. Xüsusi olaraq İslam şəriətinə uyğunlaşdırılaraq tikilən binada ayrılıqda qadın və kişi hovuzları və idman zalları inşa ediləcək. Subay kişilər xüsusi "kişi" mərtəbələrində yaşayacaqlar. Öz növbəsində qadınlar üçün qadın personalı xidmət göstərəcək.

Tikinti aparan şirkətdən bildirilir ki, belə evə tələbat yalnız BƏƏ-lərində deyil, həm də Səudiyyə Ərəbistanında, Küveytdə, Pakistanda və Malayziyada da var. Mənzillərin minimal dəyərinə gəlinə isə, bu binadan ev almaq istəyən şəxsa minimum 192 min ABŞ dolları ödəməlidir.

Şəriətin normalarına uyğun olaraq inşa olunan binanın tikintisinə birinci mərhələdə 176,9 milyon dollar sərmayə qoyulması planlaşdırılır. Şirkət rəhbərliyinin fikrincə, Dubayda belə evin tikintisi islam ticarəti dünyasının mərkəzi olmağa imkan verəcək.

Qeyd edək ki, BƏƏ əmirliyi yaxın üç il ərzində "islam iqtisadiyyatının paytaxtı" olmaq niyyətindədir. Hakimiyyət belə istiqamətlərin inkişafında səyləri artırmağı planlaşdırır. Həmçinin dövlət İslamın normalarına uyğun olaraq maliyyələşdirmə və kredit vermə sistemlərini təkminləşdirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar