“Sərhədsiz həkimlər” Türkmənistan hakimiyyətini ittiham etdi
18 Dekabr 2009 Cümə 01:05
“Sərhədsiz həkimlər” Türkmənistan hakimiyyətini ittiham etdi. Aşqabadda maneələrlə üzləşən təşkilat bu ölkədə fəaliyyətini dayandırır.
“Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatı Türkmənistanda fəaliyyətini dayandırır. Təşkilatın baş direktoru Fran dörner bəyan edib ki, Türkmənistan hakimiyyəti humanitar layihələrin reallaşmasına mane olur. Onun sözlərinə görə, “Sərhədsiz həkimlər”ə vərəm xəstələrinin müalicəsi ilə bağlı layihənin həyata keçirilməsinə icazə verilməyib.
“Sərhədsiz reportyorlar” Ümumdünya Səhiyyə Təşkilatını Türkmənistandakı vəziyyətə diqqət yetirməyə çağırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: