“Sərhədlər açılsa da, Ermənistan inkişaf etməyəcək”
18 Sentyabr 2009 Cümə 22:05
Ermənistan müxalifəti məhz bu fikirdədir
Türkiyə ilə sərhədlər açılsa da, Ermənistan inkişaf etməyəcək. Bu cür pessimist fikirlərlə Ermənistan müxalifətinin cümə günü keçirilən mitinqində Ermənistan Xalq Partiyasının sədri Stepan Demirçyan çıxış edib. Onun sözlərinə görə, iki ölkə arasında imzalanan protokollarda narahatçılıq yaradan məqamlar var. O, 1915-ci ildə baş verən hadisələrin öyrənilməsi üçün tarixçilərdən ibarət altkomissiyanın yaradılmasını təklif edib.

Demirçyan sərhədlərin açılmasının vacibliyi ilə yanaşı bunun ölkəyə heç bir xeyir gətirməyəcəyini bildirib.

“Əlbəttə sərhədlər açılmalıdır. Lakin açıq-aydın görünür ki, ölkəmiz sərhədlər açıq olsa da, olmasa da, inkişaf etməyəcək”, - deyə Stepan Demirçyan əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar