Sərhəddə böyük heroin partiyası ələ keçirilib
30 Avqust 2013 Cümə 04:51
Rusiya-Tacikistan sərhəddində saxlanılan Kulyaba-Moskva qatarından çəkisi 9 kiloqram olan heroin partiyası tapılıb.
Bir neçə saat əvvəl Astraxan ərazisində yerləşdirilmiş "Aksaray" sərhəd-buraxılış məntəqəsində Rusiya sərhədçiləri Kulyaba (Tacikistan) - Moskva marşrutu ilə hərəkət edən sərnişin qatarından çəkisi 9 kiloqram olan heroin partiyası ələ keçiriblər.

ANS PRESS-in Ria-Novosti-yə istinadən verdiyi xəbərə görə, məlumatı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Kalmıkiya və Astraxan ərazisi üzrə Sərhəd idarəsinin mətbuat xidməti yayıb.

Məlumata görə, vaqonlardan birində xidməti it tərəfindən aşkar edilən isitmə qazanında hazırlanmış gizli yerdən tipik qoxuyla boz rəngin qarışığından ibarət olan maddə aşkar olunub. İlkin tədqiqat zamanı bu maddənin heroin olduğu aşkar olunub.

Bu hadisə ilə bağlı Rusiya FTX-nin İstintaq bölməsi tərəfindən böyük ölçüdə narkotiklərin qaçaqmalçılıqları fakt üzrə cinayət işi qaldırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar