Sergey Narışkin Rusiya parlamentinin spikeri seçilə bilər
17 Dekabr 2011 Şənbə 16:52
Rusiyanın «Yedinaya Rossiya» (Vahid Rusiya) hakim partiyası Dövlət Dumasının sədri vəzifəsinə prezident administrasiyasının başçısı Sergey Narışkinin namizədliyini irəli sürmək niyyətindədir.
 APA-nın məlumatına görə, bunu partiyanın Ali Şurasının Rəyasət Heyəti sədrinin I müavini Andrey İsayev bildirib.

«Əslində, onun böyük təcrübəsi var. O, administrasiyaya rəhbərlik edib, bizim seçkiqabağı kampaniyada fəal iştirak edib. Bu gün bu, yeni Dumada fraksiyaya qoşulacaq insanlar arasında ən sanballı fiqurdur», - deyə A.İsayev bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar