Sergey Narışkin işdən azad edildi
21 Dekabr 2011 Çərşənbə 12:31
Bu barədə Dmitri Medvedev sərəncam imzalayıb.
Rusiya зrezidenti Dmitri Medvedev Sergey Narışkini Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə dövlət başçısı sərəncam imzalayıb.

Narışkin altıncı çağırış Dövlət Dumasına seçilməsi bağlı işdən azad edilib. Bu barədə sərancam dekabrın 20-də imzalanıb və imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, ötən şənbə günü "Vahid Rusiya" partiyası Dövlət Dumasının spikeri postuna Narışkinin namizədliyini irəli sürüb. S. Narışkinin özü ona bu barədə təklifin seçkidən sonra, seçki kampaniyasının analizi zamanı edildiyini deyib.

Siyasətçi hələ partiyaya daxil olmaq barədə qərar vermədiyini və bu məsələ ilə bağlı həmkarları ilə müzakirələr aparılacağınıdeyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar