Sergey Lavrov Suriya müxalifət nümayəndələrini qəbul edib
11 İyul 2012 Çərşənbə 16:43
Görüş zamanı hökumət və müxaliət arasında dialoqun vacibliyi vurğulanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Suriya Milli Şurasının nümayəndə heyətini qəbul edib. Görüş zamanı Lavrov Suriya hökumətini və müxalifət nümayəndələrini siyasi dailoqa çağırıb. Nazir həmçinin qeyd edib ki, ölkənin gələcək taleyini suriyalılar özləri bu dialoq vasitəsilə həll etməlidirlər. Suriya nümayəndə heyətinin rəhbəri isə öz növbəsində rəsmi Moskvanın mövqeyinin dəyişməz qaldığını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar