Sergey Lavrov: “Protokolların imzalanmasına şadıq”
11 Oktyabr 2009 Bazar 01:45
“Rusiya Türkiyə ilə Ermənistan arasında fasiləsiz dəmir yolu əlaqəsi yaratmağa hazırdır”
“Rusiya, Türkiyə ilə Ermənistan arasında tarixi protokolların imzalanmasına şaddır”. Bunu Sürixdə səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, həm Türkiyə, həm də Ermənistan Rusiya üçün dost ölkələrdir: “Protokolların imzalanması yalnız ilk addımdır. İndi sənədlərin sürətlə ratifikasiya edilməsi və praktiki reallaşdırılması lazımdır”.
Sergey Lavrov deyib ki, protokollar tərəflərin dövlətlərarası əlaqələri tam həcmdə normallaşdırılması istiqamətində fəaliyyətini müəyyənləşdirir. Rusiyalı nazir hesab edir ki, sənədlərin imzalanması ticari-iqtisadi əlaqələrin canlanmasına səbəb olacaq, həm Türkiyə, həm də Ermənistanın sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək: “Rusiya Federasiyası Ermənistan və Türkiyə ilə əməkdaşlıq layihələrini reallaşdırmaqla prosesi dəstəkləyəcək. Bu ilk növbədə elektrik enerjisi və nəqliyyat-kommunikasiya sahələrinə aiddir. “Rusiya dəmir yolları” ASC iki ölkə arasında Doğuqapı-Axuryan sərhəd məntəqəsi vasitəsilə fasiləsiz dəmir yolu əlaqəsini təmin etməyə hazırdır”. Sergey Lavrovun sözlərinə görə, insanların gündəlik həyatına müsbət təsir edə biləcək digər layihələr də var.
Rusiyanın xarici işlər naziri bildirib ki, Ermənistan və Türkiyə arasında mehriban qonşuluq əlaqələrinin qurulması bölgədə sülh və təhlükəsizliyi möhkəmlənməsinə səbəb ola bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar