Sergey Lavrov İstanbula səfər edəcək
19 Yanvar 2011 Çərşənbə 02:30
Sergey Lavrov bu gün İstanbula səfər edəcək. Görüşlərdə Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Türkiyəyə səfər edəcək. Onun rəsmi görüşləri yanvarın 20-də başlayacaq. Rusiyalı nazir türkiyəli həmkarı Əhməd Davudoğlu ilə strateji planlaşdırma üzrə birgə qrupun iclasını keçirədək.

Rusiya XİN-in məlumatına görə, Sergey Lavrovun Rusiyaya səfəri çərçivəsində ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Tərəflər ektremizm və terrorçuluqla mübarizədə qarşılıqlı yardım, Qara dəniz regionunda əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Bundan başqa, Kipr və Yaxın Şərq nizamlaması, Cənubi Qafqaz, İraq, Əfqanıstan və Orta Asiyadakı vəziyyət də diqqət mərkəzində olacaq.

İran məsələsi də diqqətdən kənarda qalmayacaq. Yanvarın 21-22-də İstanbulda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonun İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Səid Cəlili ilə görüşü planlaşdırılır. Görüşdə “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) nümayəndələri də iştirak edəcəklər. Rksiya tərəfini xarici işlər nazirinin müavini Sergey Ryabkov təmsil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar