Sergey Lavrov Amerikaya "meydan oxudu"
24 İyul 2009 Cümə 23:05
Rusiyalı diplomat Sergey Lavrov bəyan edib ki, ABŞ Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımalı olacaq

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Cənubi Osetiya və Abxaziyanın müstəqillikləri mövcud reallıq kimi qəbul olunmalıdır. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, nazir qeyd edib ki, ABŞ bu iki respublikanın müstəqilliyini tanımalı olacaq.

"Bu reallıqdır. Amerika bu reallıqdan qaça bilməz", - deyə Lavrov bildirib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar