Serbiyada NATO bayrağı yandırıldı
14 İyun 2011 Çərşənbə Axşamı 00:14
NATO-nun Belqrad konfransı etirazlarla başlayır
Serbiya müxalifətinin yüzlərlə üzvü paytaxt Belqradda etiraz aksiyası keçirib. Bu gün başlayacaq NATO konfransına etiraz edən müxalifətçilər Alyansın bayrağını yandırıblar.
Nümayişçilərin əllərində “NATO-ya heç vaxt”, “Qatil cinayət yerinə qayıdır”, “Övladlarımıza görə sizi bağışlamayacağıq” kimi şüarlar olub. Aksiyanın sonunda NATO-nun bayrağı yandırılıb.
NATO-nun hərbi-strateji məsələlər üzrə konfransında baş qərargah rəisləri, Şimali Atlantika alyansının, eləcə də “Sülh naminə tərəfdaşlıq” proqramına, Aralıq dənizi dialoqu və İstanbul Əməkdaşlıq Təşəbbüsünə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Serbiya keçmiş Yuqoslaviyanın NATO-ya üzvlük üçün müraciət etməmiş yeganə respublikasıdır.
DOSTLARINLA PAYLAŞ: