Serbiya prezidenti bu gün istefa verə bilər
04 Aprel 2012 Çərşənbə 03:08
Ölkədə yeni prezident seçkilərinin mayın 6-na təyin ediləcəyi ehtimal olunur.
Serbiya prezidenti Boris Tadiç yaxın məsləkdaşlarına bu gün istefa verəcəyini bildirib. Məlumatı Belqraddakı B92 telekanalı öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Serbiya parlamentinin spikeri Slaviça Cukiç-Deyanoviçin yeni prezident seçkilərin mayın 6-na - parlament və yerli seçkilərlə eyni günə təyin edəcəyi gözlənilir
Analitiklərin fikrincə, Boris Tadiç rəhbəri olduğu Demokrat Partiyasını parlament seçkilərində irəliyə aparmaq üçün yenidən namizədliyini irəli sürəcək. Onun partiyası sorğuların lideri deyil. Amma seçicilər prezident seçkilərində Boris Tadiçə səs versə, güman olunur ki, həm də parlament seçkiləri bülletenində partiyasının qarşısına işarə qoyacaq. Bundan başqa, seçkilərin eyni günə təyin edilməsi ilə büdcə vəsaitinə qənaət edilməsi faktı da Demokrat Partiyası üçün əlavə impuls ola bilər.
Serbiyada növbəti prezident seçkiləri bu ilin sonunda keçirilməlidir. Serbiya prezidenti beş il müdcdətinə seçilir. Eyni adam bu vəzifəyə iki dəfə seçilə bilməz. Amma Boris Tadiçlə bağlı vəziyyət fərqlidir. Belə ki, o, ilk dəfə prezident vəzifəsinə başqa bir ölkənin - Serbiya və Çernoqoriyanın ittifaqı dövründə seçilib.
DOSTLARINLA PAYLAŞ: