Separatçılar qırıcı təyyarə vurdu
07 Avqust 2014 Cümə Axşamı 23:44
Rusiyameylli separatçılar Buk zenit-raket sistemindən Ukrayna hava qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsini vurublar.
ANS PRESS-in məlumatına görə, bu haqda Anti terror qrupunun spikeri Vladislav Seleznyov xəbər verib.

“Rusiya meylli terrorçular Yenakiyevo rayonunda “Buk” zenit-raket sistemindən Ukrayna ordusuna məxsus “MiQ-29” qırıcı təyyarəsini vurublar.

Dinc sakinlər arasında itkilərin qarşını almaq məqsədilə pilot təyyarəni yaşayış məntəqəsindən kənara aparıb. Qırıcı təyyarə Qorlovkanın şimal-qərbində düşüb.

Hazırda xilasetmə-axtarış əməliyyatı həyata keçirilir”, - deyə Seleznyov bildirib.

Onun sözlərinə görə, pilot özünü vaxtında xilas edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar