Sentyabrın 4-də müharibə başlayacaq
31 Avqust 2013 Şənbə 06:53
Fransua Olland: Qərb Bəşər Əsədi güc yolu ilə hakimiyyətdən kənarlaşdırımağa çalışmayacaq.
Fransanın prezident Fransua Olland Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak etməkdən imtina edən İngiltərəyə öz etirazını bildirərək əlavə edib ki, İngiltərə olmasa da biz Suriyaya zərbə endirəcəyik. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransua Olland bəyan edib ki, hazırda rejim tərəfindən davamlı olaraqa Suriya xalqına qarşı kimyəvi silah tətbiq olunur: “Bu halı qarşısı tezliklə alınmalıdır.
Qərb prezident Bəşər Əsədi güc yolu ilə hakimiyyətdən kənarlaşdırılmasına çalışmayacaq. Hazırda Amerika prezidenti Barak Obamanın özü də bu məsələdə yekun bir fikirə gəlməyib. Bütün bunlara baxmayaraq Fransa ABŞ ilə birlikdə sentyabrın 4-də Suriyaya zərbə endirməyi planlaşdırır”.
DOSTLARINLA PAYLAŞ: