Sənətçilər bank fırıldağının qurbanı olub
15 Avqust 2012 Çərşənbə 12:52
Türkiyənin ünlü sənət adamları, eləcə də tanınmış məşqçi Fatif Terimin külli miqdarda pulu bank fırıldaqçıları tərəfindən mənimsənilib.
 “OLAYLAR”-ın hurriyet.com-a istinadən verdiyi xəbərə görə, Fatih-Fulya Terim, Pətək Dinçöz, Hıncal Uluç kimi tanınmışlar ümumilikdə 17,5 milyon dollar zərərə uğrayıb. Bankda çalışan 29 nəfərin ortaq olduğu cinayət hazırda polis tərəfindən araşdırılır. Müştərilərə dəyən ziyanın tezliklə ödəniləcəyi bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar