Senat Pentaqonun yeni rəhbərinin namizədliyini dəstəklədi
22 İyun 2011 Çərşənbə 03:42
Səsvermə zamanı senatorlar nadir yekdillik nümayiş etdiriblər.
ABŞ Senatı Mərukəzi Kəşfiyyat İdarəsnini rəhbəri Leon Panettanın Birləşmiş Ştatların müdafiə naziri vəzifəsinə namizədliyinə yekdilliklə səs verib. Əslində, bu xəbər sürpriz olmadı. Çünki Senatdakı hər iki partiyanın liderləri dəfələrlə Leon Panettanı dəstəkləyən bəyanatlar veriblər. Maraqlıdır ki, onun namizədliyinə 100 senatorun hamısı səs verib. ABŞ-da qanunvericilərin belə yekdilliyi nadir təsadüf sayılır.
Leon Panetta səlahiyyətlərinin icrasına iyulun 1-dən başlayacaq. İyunun 30-u hazırkı nazir Robert Geytsin Pentaqondakı son iş günü olacaq və o təqaüdə yollanacaq.
Leon Panetta 13 fevral 2009-cu ildən Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edir. O, 1994-1997-ci illərdə Ağ ev əməkdaşları aparatının rəhbəri işləyib. Yeni müdfiə nazirinin üç oğlu, altı nəvəsi var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: