Türkiyənin Birlis vilayətinin Ahlat qəsəbəsində böyük bir əraziyə malik olan İslam məzarlığı aşkar edilib.
“OLAYLAR”-ın haberturk.com-a istinadən verdiyi xəbərə görə, dünyada bərabəri olmayan bu məzarlığın Səlcuqlu dövrünə təsadüf etdiyi məlum olub. 4 metr yüksəkliyə çatan, dəyişik fiqurlarla bəzənmiş məzarlıqda Səlcuqlu dövrünə aid əsərlərə də rast gəlmək mümkündür.