Sel suları metronu basdı
09 İyul 2013 Çərşənbə Axşamı 11:49
Daşqın Torontoda 300 minə yaxın adamı işıqsız qoyub.
Kanadanın Toronto şəhərində ildırım çaxması ilə müşayiət olunan leysan daşqına səbəb olub. Daşqın nəticəsində elektrik enerjisi naqillərinə ziyan dəyib, Kanadanın ən böyük şəhərində azı 300 min nəfər işıqsız qalıb.
Sel suları metro sisteminə də daxil olduğu üçün qatarların hərəkəti dayandırılıb. Səhər saatlarında 1000-ə yaxın sərnişin sel suları ilə dolmuş vaqonda təcrid olub. Xilasedicilər yollarda qalmış avtomobillərdən onlarla sərnişini xilas edib.
Bəzi yerlərdə suyun səviyyəsi 10 santimetrə çatıb ki, bu da 2008-ci ildən bəri rekord göstərici sayılır.
DOSTLARINLA PAYLAŞ: