Səkinə Aştiyani daşlanmadan xilas oldu, sabah asılacaq
03 Noyabr 2010 Çərşənbə 07:05
İranda rəcm (daş-qalaq) edilərək edam olunmağı gözləyən məhkum Səkinə Məhəmməd Aştiyaninin bu cəzasının icrası dayandırılıb.
ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, Mərkəzi Almaniyada olan “Rəcmə Qarşı Beynəlxalq Komitə”nin saytı Aştiyaninin noyabrın 3-də asılacağına dair məlumat yayıb. Saytın xəbərinə görə, rəsmi Tehran artıq edamın həyata keçirilməsi üçün Təbriz həbsxanasına izn verib.

Qeyd edək ki, İran rəsmiləri bu barədə hər hansı bir açıqlama verməyblər.

Xatırladaq ki, 2 övladı olan 43 yaşlı Səkinə Məhəmməd Aştiyani 2 nəfərlə zina etməkdə ittiham edilərək rəcm cəzası ilə məhkum olunub. Başda ABŞ, İngiltərə və Fransa olmaqla bir çox ölkə isə bu cəzaya qarşı çıxmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar