Səhvən yayılan tweet dünyanı ayağa qaldırdı
11 Aprel 2013 Cümə Axşamı 04:21
Yapon rəsmilər belə bir “tweet” hazırladıqlarını, amma bunun səhvən yayıldığını bildiriblər.
Şimali Koreyanın dördüncü nüvə sınağına hazırlaşdığı bir vaxtda sosial şəbəkə saytı “Twitter”də yayılan ismarış bütün dünyanı həyəcanlandırıb. Məlumata görə, Yaponiyanın Yokohama şəhər rəhbərliyi rəsmi “Twitter” səhifəsində Şimali Koreyanın raket atdığını yazıb. Qısa vaxt ərzində şəbəkə saytının istifadəçiləri tərəfindən minlərlə dəfə paylaşılan “tweet” başda Yaponiya olmaqla bir ölkədə təşvişə səbəb olub. Bundan başqa az vaxtda 36 000 nəfər "@yokohama_saigai" səhifəsindən yayılan bu ismarışı təqib etməyə başlayıb.
İsmarış barədə açıqlama verən Yokohama rəsmiləri belə bir “tweet” hazırladıqlarını, amma bunun səhvən yayıldığını bildiriblər.
DOSTLARINLA PAYLAŞ: