Səhvən 33 nəfər öldü
22 Fevral 2010 Bazar Ertəsi 17:05
Mülki şəxslərin olduğu avtomobil karvanı bombalandı
Əfqanıstanın cənubunda NATO qüvvələrinin mülki şəxslərin maşın karvanına hava hücumu nəticəsində 33 nəfərin öldürüldüyü məlum olub.

Əfqan hökumətinin açıqlamasına görə, koalisiya qüvvələri terrorçu olduqları zənn edilən 3 avtomobilin bombardman edilməsi nəticəsində xeyli sayda mülki şəxs həlak olub.

NATO rəsmiləri içərisində əksəriyyəti qadın və uşaqların olduğu avtomobil karvanının atəşə tutulması barədə xəbəri təsdiqləsələr də, həlak olan insanların sayı barədə heç bir açıqlama verilməmişdi.

Əfqanıstan Daxili İşlər Nazirliyi isə avtomobillərdə olan 42 şəxsin hamısının mülki şəxs olması barədə məlumat yayıb.

Hadisə ilə əlaqədar Əfqanıstandakı NATO qüvvələrinin komandanı general Stenli Makkristalın Əfqanıstan dövlət başçısı Həmid Kərzayidən üzr istədiyi bildirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar