Səhv qibləli məscidin möminləri
01 May 2012 Çərşənbə Axşamı 05:03
40 ildir bu məbəddə ibadət edən möminlər namazlarının qəbul olub-olmadığını müzakirə edir.
Türkiyədə qibləsində 60 dərəcə səhv olan 40 illik məscid uçurulub. Təkirdağ vilayəti Hayrabolu rayonunun Hasköy kəndində 1972-ci ildə tikilən məscidin möminləri “40 ildir qılınan namazların aqibəti necə olacaq?” sualına cavab axtarır. Məlumata görə, insanlar arasında yaranmış şübhə ilə aparılan araşdırma nəticəsində məscidin qiblə istiqamətinin 60 dərəcə səhv olduğu müəyyənləşib. Uçurulmuş məcsidin yerində isə yenisi tikilib.
Möminlərin namazlarının qəbul olunacağını deyən Qaziantep universiteti İlahiyyat fakultəsinin dekanı professor Akpınar bildirib ki, ibadətdə əsas olan niyyətdir. “Namaza başlayanda “qibləyə” deyərək niyyət edirik. Möminlərin namazlarının qəbul olunmasında hər hansı bir şübhəsi olmasın. Namazların qəzasını qılmağa ehtiyac yoxdur”.
DOSTLARINLA PAYLAŞ: