Səhiyyə naziri: “Haitidəki zəlzələ 50 mindən artıq adam ölüb”
16 Yanvar 2010 Şənbə 00:55
Paytaxt Port-o-Prens şəhərinin 1,5 milyon sakini evsiz-eşiksiz qalıb
Haiti sahillərində baş vermiş zəlzələ nəticəsinə 50 mindən artıq adam ölüb, 250 min nəfər xəsarət alıb. Bu barədə məlumatı Haitinin səhiyyə naziri Aleks Larsen açıqlayıb. Nazirin sözlərinə görə, yeraltı təkanlardan daha çox ziyan görən paytaxt Port-o-Prens şəhərinin 1,5 milyon sakini evsiz-eşiksiz qalıb.

Xatırladaq ki, ötən çərşənbə axşamı Haiti sahillərində 7 və 5,9 bal gücündə iki yeraltı təkan baş verib. Çoxlu sayda bina, o cümlədən, Prezident sarayı və BMT sülməramlı missiyasının mənzil-qərargahının, parlament, vergi xidməti, həbsxana, məktəb və xəstəxanaların binaları dağılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar