Kipr yunanları öldürdükləri türk gəncini quyuya atıblarmış.
Kipr yunanları tərəfindən öldürülən Turqut Fəxrinin nəşi 50 il sonra tapıldı. Yerli mətbuatın xəbərinə görə, o vaxt 24 yaşında olan Turqut Fəxri 1963-cü il dekabrın 29-da Kipr yunan yaraqlıları tərəfində naməlum istiqamətə aparılıb və ondan xəbər almaq mümkün olmayıb. Ailəsi 50 ildir oğullarının qayıtmasını gözləyirmiş. Bu yaxında isə Turqut və onunla birlikdə aparılan daha 2 dostunun cəsədi quyuda aşkarlanıb. Məlum olub ki, yunan yaraqlıları 3 türkü öldürərək quyuya atıblar.
Məlumata görə, ötən gün itkin şəhid Turqutun cənazə namazı qılınıb və torpağa tapşırılıb.