Atanın sülh danışıqlarına dəstək verməsi aparıcını kövrəldib.
Türkiyənin Van vilayətində yayımlanan “Van TV”-nin aparıcısı canlı efir vaxtı qəhərlənərək danışmaqda çətinlik çəkib. Hadisə “İmralı sülh danışıqları”nın (kürd probleminin PKK-nın İmralı adasında həbsdə olan lideri Abdullah Öcalanla müzakirəsi) müzakirə edildiyi “100 yüze” proqramında baş verib. Tamaşaçılar tərəfindən sualların göndərildiyi proqramda bir şəhid atasının yazdığı, “Bizim aramızı vurmağa çalışırlar” – deyə başlayan və danışıqlar prosesinə dəstək verən mesaj aparıcı Yılmaz Tekini ağladıb.
Vəziyyətin çıxılmaz olduğunu görən “İhlas” xəbər agentliyinin (İHA) Van bölgə müxbiri yazdığı mesaja görə şəhid atasını təbrik edib və “İmralı sülh danışıqları”na dəstək verən çıxışlarla söhbətə davam edib.